Çinin cənubundakı Quandun əyalətinin Şantou şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində səkkiz nəfər ölüb, daha dörd nəfər xəsarət alıb.
"Report"un xəbərinə görə, bu barədə "Xinhua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, yanğın 9 dekabr yerli vaxtla saat 21:20-də başlayıb və saat 22:00 radələrində söndürülüb. Yanğın təxminən 150 kvadrat metr ərazini əhatə edib.
Bütün zərərçəkənlər xəstəxanaya aparılıb və tibbi yardım alırlar.
Hadisənin səbəbi araşdırılır.