KİV: Arizonada iki təyyarə toqquşub, ölən var

ABŞ-nin Arizona ştatının Skottsdeyl şəhərinin hava limanında iki təyyarənin toqquşması nəticəsində bir nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə ABC telekanalının yerli bölməsi məlumat yayıb.

Məlumata görə, uçuş-enmə zolağından kənara çıxan təyyarə digər parklanmış təyyarə ilə toqquşub.

ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi "X"də Skottsdeyl hava limanına uçuşların müvəqqəti dayandırıldığını və hadisə ilə bağlı araşdırma başladıldığını bildirib.

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45