Kiprdə Britaniya hərbi bazasında partlayış olub

Bakı. 13 iyun. REPORT.AZ/ Kiprdə Britaniya hərbi bazasının tərkibində yerləşən polis şöbəsi yaxınlığında partlayış olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində bir polis əməkdaşı yüngül yaralanıb.

Hadisə Dekeliya bazasının yaxınlığında səhər saatlarında baş verib. Bazanın nümayəndəsinin sözlərinə görə, bölmənin binası kiçik xəsarətlər alıb, hadisənin başvermə səbəbləri araşdırılır. Hadisə yerində müstəntiqlər işləyir.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09