Bakı. 22oktyabr. REPORT.AZ/ Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyası Baş nazir Tereza Meyə istefa verməsi üçün 72 saat vaxtverib.
“Report”un xəbərinə görə, bunu “The Sunday Times” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Mühafizəkarlar Partiyasının rəhbərliyi, o cümlədən parlament fraksiyası T.Meyin dövlətiidarə etməsindən, o cümlədən Krallığın Avropa İttifaqından çıxması prosesindən(“Brext”) narazıdırlar.
Partiyanınüzvü, keçmiş hərbçi Conni Merser parlament üzvlərini baş naziri hakimiyyətdəndevirməyə çağırıb.
Qəzetinyazdığına görə, Böyük Britaniyanın keçmişxarici işlər naziri Boris Conson da T.Meyin istefasını tələb edir.