Kerri: "Suriyada zorakılıq səviyyəsi 80-90% azalıb"

Bakı. 12 mart. REPORT.AZ/ Atəşkəs rejimi elan olunduğu andan Suriyada zorakılıq səviyyəsi 80-90% azalıb və ümumilikdə, sülh sazişinə əməl olunur. 

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri  bildirib.

"Lakin biz aydın şəkildə bildirdik ki, digər tərəflərin  qorumağa çalışdığı  bu prosesi Əsəd rejimi şəxsi məqsədləri üçün istifadə edə bilməz", - Kerri qeyd edib. 

Onun sözlərinə görə, ABŞ və Rusiya nümayəndələri Suriya müxalifət qruplarının atəşkəs şərtlərinin pozulmasına dair şikayətlərini müzakirə etmək üçün Amman və Cenevrədə bir araya gələcəklər. 

Digər xəbərlər