Kərkükdə partlayış törədilib

Bakı. 1 avqust. REPORT.AZ/ Kərkük şəhərinin mərkəzində yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində ətrafdakı evlər, iş yerləri və avtomobillərə ziyan vurulub.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Kərkük şəhər Polis İdarəsinin mətbuat katibi Əfrasyav Kamil bildirib.

Onun sözlərinə görə, naməlum şəxs və ya şəxslər uzaqdan idarə edilən bombanı yol kənarına yerləşdiribər.

Ə.Kamil partlayış nəticəsində ölən və yaralananların olmadığını bildirib. Mətbuat katibi hadisə yerində polis əməkdaşlarının araşdırma apardığını da vurğulayıb. 

Digər xəbərlər