Bakı.22 oktyabr. REPORT.AZ/ Krım yarımadasının Kerç şəhərində ötən həftə yaşanan atışma nəticəsində 20 nəfərin öldüyü, onlarla insanın yaralandığı PolitexnikKollecinin yaxınlığında yeni partlayış baş verib.
"Report""RİA Novosti"yə istinadən xəbər verir ki, kollec yaxınlığındakı ofisdəqaz-hava qarışığı partlayıb, nəticədə otaq dağılıb, bir qadın yaralanıb.
Qeydedək ki, hadisə nəticəsində 6 kvadrat metr sahədə əşyalar və əmlak yanıb, yanğınsöndürülüb.