​Keniyada yük avtomobili partladılıb, azı 5 polis ölüb

Bakı. 27 yanvar. REPORT.AZ/ Keniyanın şərqində, Somali ilə sərhəddə yük avtomobilində fuqasın partladılması nəticəsində azı 5 polis ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Keniya polisinin başçısı Jozef Bune bildirib.

Məlumata görə, hadisə bu yaxınlarda qətlə yetirilən hərbçilərin dəfn mərasimi öncəsi baş verib.

Qeyd edək ki, həmin hərbçilər terrorçu "Aş Şabab"ın hücumu nəticəsində öldürülüblər. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10