Keniyada ABŞ-ın 3 hərbçisi öldürülüb

Keniyada “Əş-Şabab” qruplaşması yaraqlılarının hərbi bazaya hücumu nəticəsində 3 ABŞ hərbçisi ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, daha 2 hərbçi yaralanıb. 

Hücum Keniya Silahlı Qüvvələrinin Menda Bey hava limanının yaxınlığındakı “Camp Simba” hərbi bazasına (ABŞ hərbçiləri tərəfindən də istifadə olunur) edilib. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10