Avropa İttifaqının (Aİ) Diplomatik Xidmətinin rəhbəri Kaya Kallas USAID-in fəaliyyətinin dayandırılmasından sonra Aİ-nin gələcək fəaliyyətini müzakirə etmək niyyətində olduğunu bildirib.
“Report” xəbər verir ki, Kallas bunu Aİ-nin inkişaf məsələləri üzrə Şurasının iclasına gedərkən bildirib.
"Nazirlər USAID-in inkişafa yardım layihələrindən çıxmasının nəticələrini və Aİ-nin harada əvəzedici ola biləcəyini müzakirə edəcəklər. Biz ABŞ-nin özündən sonra qoyduğu boşluğu doldura bilməyəcəyik, lakin demokratiya, media azadlığı, insan hüquqları kimi Avropa prioritetlərinə diqqət yetirəcəyik", - o qeyd edib.