İspaniyada 12 avtomobilin toqquşması nəticəsində 25 nəfər xəsarət alıb

Kataloniyada kütləvi yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə "Periodiko" qəzeti məlumat yayıb.

Məlumata görə, İspaniyanın şimal-şərqində 12 avtomobil toqquşub. Hadisə nəticəsində 25 nəfər xəsarət alıb.

Həkimlər 8 yaralıya hadisə yerində tibbi yardım göstəriblər. Digər xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə əlaqədar yolda böyük tıxac yaranıb. Hadisənin başvermə şəraiti müəyyənləşdirilir.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12