ABŞ-da daha bir atışma olub, yaralananlar var

ABŞ-ın Kanzas ştatının Uiçito şəhərində atışma nəticəsində iki nəfər yaralanıb.

"Report" NBC-yə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

Polis hadisənin məktəbin yaxınlığında baş verdiyini qeyd edib.

Hadisənin təfərrüatları barədə məlumat verilməyib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09