Kanadanın şimal-qərbindəki Toronto şəhərində atışma olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Global News" telekanalı məlumat yayıb.
Telekanalın polisə istinadən yaydığı məlumata görə, hadisə zamanı 3 nəfər xəsarət alıb. Onlardan biri hadisə yerində - çoxmərtəbəli yaşayış binasında, digəri isə xəstəxanada ölüb. Sonradan xəstəxanaya atışmada xəsarət almış daha bir yaralı müraciət edib. Onun həyatı üçün təhlükənin olmadığı bildirilir.
Hüquq-mühafizə orqanları hadisənin başvermə şəratini müəyyənləşdirir. Ölənlərin və xəsarət alan şəxsin adları açıqlanmır.