Kanadada yük qatarı relsdən çıxıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Kanadanın Skotçtaun şəhərində (Yeni Şotlandiya əyaləti) yük qatarı relsdən çıxıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

"Report" xəbər verir ki, bu barədə bazar ertəsi CBC telekanalı məlumat yayıb.

İnsident qatar şəhər küçələrindən biri ilə kəsişən keçidi keçən zaman baş verib. Kömür daşıyan qatarın altı vaqonu relsdən çıxıb, biri aşıb. Sözügedən küçədə hərəkət dayandırılıb.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12