Kanadada təyyarə quş sürüsü ilə toqquşub

"Air Canada" aviaşirkətinin təyyarəsi Ottava hava limanına eniş edərkən quş sürüsü ilə toqquşub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə CBC telekanalı məlumat verib.

Bildirilir ki, Airbus A321 təyyarəsində 170 sərnişin və 8 ekipaj üzvü var olub. Toqquşma nəticəsində laynerin mühərriklərindən biri zədələnib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10