Kanadada neft emalı zavodunda partlayış olub

Bakı. 8 oktyabr. REPORT.AZ/ Kanadada neft emalı zavodunda güclü yanğınla müşayiət olunan partlayış baş verib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, partlayış Kanadanın şərqində yerləşən Nyu-Bransvik əyalətinin Sent-Con şəhərində “Irving Oil” şirkətinin zavodunda olub.

Hələlik yaralılar barədə məlumat verilmir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10