Kanadada istidən ölənlərin sayı 70 nəfərə çatıb

Bakı. 10 iyul. REPORT.AZ/ Kanadanın Kvebek vilayətində isti hava qurbanlarının sayı 70 nəfərə çatıb. 

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

CBC telekanalı bildirib ki, əyalətdə havanın temperaturu müsbət 40 dərəcədən yuxarı qalxır. İstidən ölən 70 nəfər olub, onlardan 34-ü Monreal şəhərində dünyasını dəyişib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, istidən ölənlər əsasən 60 yaşdan yuxarı olub və xroniki xəstəliklərdən əziyyət çəkiblər.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10