Kanadada baş verən atışma nəticəsində 5 nəfər ölüb

Kanadanın Toronto şəhəri ətrafında baş verən atışma nəticəsində azı 5 nəfər ölüb.

“Report” CNN-ə istinadən xəbər verir ki, məlumatı yerli polis idarəsi yayıb.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yeganə şəxs də ölənlər arasındadır.

Hadisənin səbəbi hələ məlum deyil və araşdırma aparılır.

Digər xəbərlər