Kanadada anomal isti hava həftə ərzində 54 nəfərin ölümünə səbəb olub

Bakı. 7 iyul. REPORT.AZ/ Kanadanın Kvebek əyalətində anomal isti hava səbəbindən yeddi gün ərzində 54 nəfər ölüb. 

Bu barədə "Report" CBC-yə istinadən xəbər verir.

Ən çox insan (28 nəfər) Monrealda dünyasını dəyişib. Ölənlərin çoxu 65 yaşdan yuxarı və "fiziki və ya psixi sağlamlığında problemlər" olanlardır.

Monrealda ölənlərin, təqribən, 60% -i çoxmərtəbəli binalarda yaşayan və evlərində kondisioner olmayan tənha kişilərdir.

Kvebekdə havanın temperaturu bu həftə müsbət 34°C qədər qalxıb.

İyulun 5-də təcili yardım maşınları 1 378 çağırışa gedib, bu da normadan 30% çoxdur. 

Proqnozlaşdırılır ki, yaxın iki gün ərzində havanın temperaturu müsbət 29°C səviyyəsində qalacaq.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10