Kanada Ukraynaya 360 milyon dollardan çox hərbi yardım ayıracaq

Kanada hakimiyyəti Ukraynaya 500 milyon Kanada dolları (367 milyon ABŞ dolları) məbləğində hərbi yardım paketi təqdim etmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “National Post” qəzeti məlumat yayıb.

Bildirilib, yeni yardım paketi NATO-nun Vaşinqtonda keçiriləcək sammitində Kanadanın Baş naziri Castin Trüdo tərəfindən açıqlanacaq. Hərbi yardımın təfərrüatları açıqlanmayıb.

Qeyd edilib ki, C.Trüdo Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Digər xəbərlər