Kanada sirli xəstəliyə görə Kubadakı diplomatlarının yarısını azaldır

Bakı. 31 yanvar. REPORT.AZ/ Kanada hökuməti Kubadakı səfirliyində fəaliyyət göstərən diplomatlarının yarısını geri çağırır.

Bu barədə "Report" "Associated Press" agentliyinə istinadən xəbər verir.

Kanada Xarici İşlər Nazirliyindən bildirilib ki, belə addım diplomatların "sirli" sağlamlıq problemləri ilə əlaqədar şikayət etmələri ilə əlaqədardır.

2017-ci ilin əvvəlindən artıq 14 diplomatda heç bir xəstəliyi göstərməyən müxtəlif simptomlar aşkar edilib.

Qeyd olunur ki, Kanadanın Havanadakı səfirliyində çalışan 16 diplomatdan 8-i geri çağırılacaq.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10