Kanada polisi Torontodakı hadisəni terror aktı kimi nəzərdən keçirir

Bakı. 24 aprel. REPORT.AZ/ Kanada polisi Toronto şəhərində furqonun piyadaların üzərinə sürülməsi hadisəsini terror aktı kimi nəzərdən keçirir.

“Report” "BNL News" nəşrinə istinadən xəbər verir ki, sürücü hüquq-mühafizə orqanlarına tanış şəxs olub.

Lakin bu məlumat hələ ki, öz rəsmi təsdiqini tapmayıb.

İcarəyə götürülmüş furqon Torontoda bir qrup piyadanın üzərinə sürülüb. Müxtəlif məlumatlara görə, hadisə nəticəsində 5-9 nəfər həyatını itirib.

Digər xəbərlər