Kanada Avropanın yenidən silahlanmasında iştirak etmək niyyətindədir.
"Report"un məlumatına görə, bunu Kanadanın Baş naziri Mark Karni Kvebek əyalətinə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
"Biz etibarlı qlobal tərəfdaşlarımızla təhlükəsizliyi gücləndiririk, o cümlədən transatlantik təhlükəsizliyi gücləndirmək üçün Kanadanın Avropa yeni silahlanma planında iştirakını inkişaf etdiririk", - Baş nazir bildirib.
Hökumət başçısı əlavə edib ki, bu planın bir hissəsinə Ukraynaya hərbi yardımın davam etdirilməsi də daxildir. Bu məqsədlərə nail olmaq üçün Ottava yerli istehsalın, o cümlədən müdafiə sektorunun inkişafına təkan verəcək.