Bakı. 7 noyabr. REPORT.AZ/ Kamerunda silahlı şəxslərin qaçırdığı 78 şagird və məktəbin sürücüsü sərbəst buraxılıb.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, onlar ölkənin şimal-qərbində yerləşən və əhalisinin əksəriyyəti ingilis dilində danışan Bamenda şəhərindəki məktəblərdən birində təhsil alan uşaqlardır.
Silahlılar məktəb müdirini və bir müəllimi isə hələ də girov saxlayırlar.
Qeyd edək ki, noyabrın 5-də Kamerunda 81 nəfər qaçırılıb. Hadisəni kimin törətdiyi açıqlanmayıb.