Kamerunda 80 nəfər qaçırılıb, onların çoxu uşaqdır

Bakı. 5 noyabr. REPORT.AZ/ Bu gün səhər Kamerunun şimal-qərbindəki Bamenda şəhərində əksəriyyəti məktəbli olmaqla, təxminən, 80 nəfər qaçırılıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" hökumətdəki qaynaqlara istinadən məlumat verib.

Hələlik qaçırılmaya görə kimin məsuliyyət daşıdığı məlum deyil.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10