Kambocada son sutkada koronavirusa yoluxanlar arasında ABŞ-ın iki diplomatı da var.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı “Khmer times” qəzeti yayıb.
Bildirilib ki, iyulun 17-də koronavirusa 5 yeni yoluxma qeydə alınıb. Bununla da ölkə üzrə yoluxanların sayı 171 nəfərə çatıb. Yoluxanlardan ikisi ABŞ-ın Kambocadakı səfirliyinin yüksək vəzifəli diplomatıdır.
Kambocaya yoluxma hallarının çoxu xaricdən gətirilib.