Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Yaxın Şərqdəki vəziyyətin nizamlanması üçün İran rəhbərliyi ilə təmaslar apardığını bəyan edib.
"Report" xəbər verir ki, o bunu Brüsseldəki sammitdən əvvəl bildirib.
"Bəli, təmaslar aparılır, artıq İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışmışam. Hər kəs müharibənin sona çatmasında maraqlıdır", - K.Kallas qeyd edib.