Kaliforniyada təyyarə evə çırpılıb, 5 nəfər ölüb

Bakı. 4 fevral. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Yorbi Linda şəhərində "Cessna 414A" modelli ikimetrlik təyyarə qəzaya uğrayaraq evə çırpılıb.

"Report" RT-yə istinadən xəbər verir ki, Orinc dairəsinin şerifi "Twitter" vsitəsilə hadisə nəticəsində 5 nəfər öldüyünü bildirib.

Məlumata görə, təyyarənin pilotu və evdəki 4 nəfər ölüb.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Digər xəbərlər