Bakı. 15 oktyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında sərnişin avtobusu qəzaya uğrayıb
"Report"un məlumatına görə, bu barədə "FOX 11 Los Angeles" xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə San-Fernando vadisində qeydə alınıb. Belə ki, sərnişin avtobusu bir neçə avtomobilə çırpılaraq bölücü xətti keçib.
Qəza nəticəsində azı 40 nəfər yaralanıb. Onlardan beşi – üç qadın və iki kişi ağır vəziyyətdədir.
Yolda hərəkət zolaqlarının örtülməsi səbəbindən hərəkət çətinləşib. Qəzanın səbəbi açıqlanmır.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Kaliforniyada təyyarə qəzaya uğrayıb.