Kaliforniyada iri miqyaslı yanğına görə sakinlərin təxliyəsi başlayıb

ABŞ-nin Kaliforniya ştatında təbii yanğın səbəbindən bir neçə rayonun sakinlərinin təxliyəsi elan edilib.

"Report" ştatın yanğınsöndürmə xidmətinə istinadən xəbər verir ki, yanğın Los-Anceles dairəsində qeydə alınıb.

Yanğın hazırda təxminən 287 hektar ərazini əhatə edib. Hadisənin səbəbi hələ müəyyən edilməyib.

Yanğınla mübarizə üçün yerüstü yanğınsöndürmə briqadaları və aviasiya iştirak edir.

Digər xəbərlər