Bakı. 9 noyabr. REPORT.AZ/ Çərşənbə günü ABŞ-ın Kaliforniya ştatının Azusa şəhərində polisin iştirakı ilə baş verən atışma nəticəsində ən azı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə yanğın müfəttişi Qustavo Mədinə CNN telekanalının efirində bildirib.
"Los Angeles Times" qəzetinin məlumatına görə, daha 4 nəfər xəstəxanaya çatdırılıb. Hadisə yerinə təcili yardım maşınları gəlib.
CNN, həmçinin məlumat yayıb ki, Azusdakı seçki məntəqəsi baş verən hadisədən sonra bağlanıb.