Kabildə məsciddə partlayış törədilib, xeyli sayda ölən və yaralanan var

Bakı. 20 oktyabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə terror aktı törədilib. 

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, terrorçu-kamikadze İmam Zaman məscidinin içərisində özünü partladıb. 

Xəbərdə dağıntılar altından ən azı 30 nəfərin meyitinin çıxarıldığı və ölü sayının artacağının istisna edilmədiyi bildirilir.  

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12