İtaliyanın Siciliya adasındakı Ravanuza kommunasında binalardan birində baş verən qaz partlayışı nəticəsində 4 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Məlumata görə, dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb və 2 qadın xilas edilib. Qeyd edilir ki, daha 6 nəfərin taleyi müəmmalıdır.
Partlayış həmçinin qonşuluqdakı üç qeyri-yaşayış binasını dağıdıb və daha üç binanın şüşələrini sındırıb.
Xatırladaq ki, hadisə dünən vaxtla təxminən saat 20:30-da (Bakı vaxtı ilə saat 23:30) baş verib.