İtaliya hökuməti bütün mədəni obyektlərə gələnlərin sayına qoyulan məhdudiyyəti ləğv edib.
"Report" xəbər verir ki, bu barədə ölkənin mədəniyyət naziri Dario Françeskini tviterdə bildirib.
Nazir deyib ki, oktyabrın 11-dən kinoteatrlar, teatrlar və konsertlər 100% doluluq səviyyəsinə qayıdır, ancaq maska taxılmalı və COVID-19 sertifikatı olmalıdır.
Əvvəllər teatr və kinoteatrlarda tamaşaçılar oturacaqların 80%-ni tuta bilərdi.
Hökumətin təsdiqlənmiş qərarına əsasən, mədəni müəssisələrdə 1 metr məsafə saxlamaq öhdəliyi də ləğv edilir.
Eyni zamanda idman tədbirləri zamanı tamaşaçıların sayı açıq havada icazə verilən maksimum tutumun 75%-ni keçməməlidir.
Səhiyyə Nazirliyinin məlumatına görə, İtaliyada 12 yaşdan yuxarı əhalinin demək olar ki, 80%-i tam peyvənd olunub.