İtaliyada bədbəxt hadisə nəticəsində bir neçə nəfər ölüb

İtaliyanın şimalındakı Piemont bölgəsinin Turin şəhərində tikinti kranının 7 mərtəbəli binanın üzərinə düşüb.

“Report” xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.

Hadisə nəticəsində 3 nəfər ölüb. Daha 3 şəxsin yaralandığı bildirilir.

İlkin məlumata görə, hadisəyə səbəb kranın alt hissəsindəki konstruksiyanın dağılması olub.

Ərazi yeri polis tərəfindən mühasirəyə alınıb, xilasedicilər işləyir.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09