İsveçrə Avropa İttifaqının ardınca Moldova və Belarusdan olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib.
“Report” xəbər verir ki, bu barədə İsveçrə hökumətinin məlumatında deyilir.
"İsveçrə Aİ-nin iyulun 15-də Moldovaya və iyulun 18-də Belarusa qarşı tətbiq etdiyi siyahılara əlavələr edib", - məlumatda qeyd olunub.
Moldovadan olan 7 fiziki və 3 hüquqi şəxsə qarşı tədbirlərə aktivlərin dondurulması və iqtisadi resursların verilməsinə qadağa daxildir.
Belarus hərbi-sənaye kompleksinin 8 şirkətinə də qarşı oxşar tədbirlər tətbiq edilib.
16:33
İsveçrə Avropa İttifaqının (Aİ) ardınca Rusiyadan olan 14 fiziki və 41 hüquqi şəxsi sanksiya siyahısına daxil edib.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.