Ukraynada müharibənin 2023-cü ilin sonuna qədər bitməsi ehtimalı azdır. Kreml mübarizəni davam etdirmək istəyir.
“Report” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə İsveçrə xüsusi xidmət orqanlarının dövlət təhlükəsizliyi üzrə illik hesabatında deyilir.
Kəşfiyyat orqanları Rusiya ilə atəşkəs danışıqlarına başlamaq üçün Ukraynaya Qərbin təzyiqinin güclənəcəyini də proqnozlaşdırır.