İsveçli futbol azarkeşlərinin qatilinin qohumu Fransada saxlanılıb

Fransaın Nant şəhərində AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika - İsveç matçı günü isveçli azarkeşlərin qatili ilə əlaqədə olan şəxs saxlanılıb.

“Report”un məlumatına görə, bu barədə BFMTV xəbər verib.

Məlumata görə, həmin şəxs hadisədən bir neçə dəqiqə əvvəl qatildən videoçəkiliş alıb. Saxlanılan şəxsin qatilin qohumu olduğu qeyd edilir.

Xatırladaq ki, terror aktı oyunun başlamasına təxminən saat yarım qalmış törədilmişdi. Nəticədə İsveç millisinin iki azarkeşi ölmüşdü, daha bir nəfər yaralanmışdı. İlk hissə 1:1 hesabı ilə başa çatandan sonra matçın qalan hissəsinin oynanılmayacağı açıqlanıb.

Cinayətkar saxlanılma zamanı güllə yarası alıb və təcili yardım maşınında ölüb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10