İsveçdə koronavirusun yayılması yanvarın sonunda pik həddə çatacaq

İsveçdə koronavirusun yayılmasının pik nöqtəsi yanvarın sonuna proqnozlaşdırılır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Təşkilatı məlumat yayıb.

"Səhiyyə departamentinin yenilənmiş hesabatında infeksiyanın yayılmasının daha iki həftə ərzində kəskin artdığı, yanvarın sonunda pik həddə çatacağı gözlənilir", - məlumatda deyilir.

İnfeksiyanın sürətlə yayılması virusun yeni mutasiyasının – “omikron”un aktivliyi ilə izah olunur.

Yoluxmaların günə 69 min nəfəri əhatə edəcəyi bildirilir.

Digər xəbərlər