İsveç XİN başçısı ABŞ dövlət katibi ilə Ukrayna məsələsini müzakirə edəcək

İsveçin xarici işlər naziri Ann Linde ABŞ dövlət katibi Entoni Blinkenlə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, xanım nazir ABŞ-a səfəri çərçivəsində həmçinin dövlət katibinin müavini Vendi Şerman, milli təhlükəsizlik məsələləri üzrə müşavir Conatan Fayner və digərləri ilə görüşəcək.

Səfərin yanvarın 8-dək davam edəcəyi vurğulanıb.

Qeyd edək ki, tərəflər arasında sonuncu görüş keçən ilin oktyabrında Stokholmda baş tutmuşdu.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10