İsveç Fransanın cənubundakı yanğını söndürmək üçün iki yanğınsöndürən təyyarə göndərib.
"Report" xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Karl-Oskar Bolin "X" sosial şəbəkəsində yazıb.
"Avropanın İsveçin dəstəyinə ehtiyacı olduqda, biz köməyə gəlməyə hazırdır. Aİ-nin mülki müdafiə mexanizmi çərçivəsində daxil olan sorğuya cavab olaraq, genişmiqyaslı meşə yanğınları ilə mübarizəyə kömək etmək üçün iki sutullayıcı təyyarə artıq Fransanın cənubuna yollanıb", - o qeyd edib.
Qeyd edək ki, Fransanın cənubunda meşə yanğınları səbəbindən 10 minə yaxın insanı təxliyə etmək zərurəti yaranıb.