İsveç hökuməti xarici şirkətlərin fəaliyyəti milli təhlükəsizlik üçün vacib olan müəssisələrə sərmayə qoymasının qarşısını almaq üçün yeni qanun təklif edir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hökumət ofisinin cümə axşamı yaydığı press-relizdə deyilir.
Qeyd olunur ki, bunun üçün potensial təhlükəsizlik riskləri baxımından İsveç şirkətlərində xarici aktorların iştirakını nəzərdən keçirəcək, belələrinin olacağı təqdirdə isə bu və ya digər investisiyaları qadağan edə biləcək qurum yaradılmalıdır.
“Avropa İttifaqına üzv ölkələrin əksəriyyətində belə bir milli ekspert sistemi artıq mövcuddur. İsveçdə də eyni sistemi yaratmağımız vacibdir”, - deyə İsveçin Baş naziri Ulf Kristersson məsələyə münasibət bildirib.