İsrailin yeni prezidentinin andiçmə tarixi açıqlanıb

İsrailin yeni prezidenti İshak Hersoq iyulun 7-də and içəcək.

“Report” xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.

Bildirilib ki, İshak Hersoq İsrail parlamentində and içdikdən sonra dövlət başçısının iqamətgahına gedəcək. Orada ilk dəfə prezidentlərin rəsmi təntənəli əvəzlənməsi mərasimi keçiriləcək.

Qeyd edək ki, İ.Hersoq 1960-cı ildə anadan olub. İsrailin 6-cı prezidenti Haim Hersoqun oğlu, yəhudi dövlətinin baş ravvini İshak Qalevi Hersoqun nəvəsdir. İsrailin 11-ci prezidenti İshaq Hersoq dövlət dini məktəbində oxuyub. Hərbi kəşfiyyat tağımında xidmət edib. O, Avod Partiyasının keçmiş sədri, “Soxnut” yəhudi agentliyinin rəhbəri olub.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12