İsrail hərbçilərinin aviazərbələri nəticəsində Livanın cənubunda son sutka ərzində 28 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Martın 2-də hərbi eskalasiya başlayandan bəri həlak olan vətəndaşların ümumi sayı 3 912-yə, yaralıların sayı isə 11 873-ə çatıb", - qurumdan qeyd edilib.
İsrail artilleriyasının "Hizbullah" dəstələrinin fəaliyyət göstərdiyi Əli-Taher, Cəbəl-Rafiə təpələrinə və İqlim ət-Tüffah bölgəsinə zərbələr endirmək üçün fosforlu sursatlardan istifadə etdiyi iddia olunur.
"Yanğınlar baş verib, fəsadlar aradan qaldırılır", - məlumatda bildirilib.