HƏMAS-ın hücumu nəticəsində İsraildə 23 Ukrayna vətəndaşı həlak olub.
“Report” xəbər verir ki, bu barədə İsrailin Ukraynadakı səfiri Mixail Brodskin bildirib.
Yaralıların sayı barədə isə məlumat verilməyib.
Qeyd edək ki, HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə 1 400 nəfər ölüb, 4 229 nəfər yaralanıb.