İsrail XİN HƏMAS ilə danışıqların şərtlərini açıqlayıb

HƏMAS qruplaşması ilə danışıqlar yalnız İsrailin Qəzzadakı əməliyyatın məqsədlərinə çatmasından sonra mümkündür.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat katibi Lior Ben-Dor bildirib.

“İsrail HƏMAS və “İslami Cihad” terror təşkilatlarına qarşı strateji məqsədlərə nail olana qədər hərbi əməliyyatları davam etdirməkdə israrlıdır”, - diplomat deyib.

Onun sözlərinə görə, HƏMAS cinayətlər törədərkən səhvə yol verir ki, bu da iki ölkə xalqları arasında barışığa töhfə vermir.

Digər xəbərlər

Senator Lindsi Qrem vəfat edib 12 iyul, 2026 / 10:42