İsrail Suriyadakı hərbi bazaya zərbələr endirib

İsrail aviasiyası İdlib əyalətinin şərq hissəsindəki "Əbu-əl-Duhur" hərbi aviabazasının uçuş-enmə zolağına səkkiz zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə Suriyanın "Əl-İxbariyyə" agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, zərbələr nəticəsində aerodromun infrastrukturuna maddi ziyan dəyib. Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45