İsrail Prezidenti ilk dəfə BƏƏ-yə səfər edib

İsrail Prezidenti İshak Hersoq Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ilk rəsmi səfərə yola düşüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə onun ofisi məlumat yayıb.

"Prezident Hersoq tarixdə ilk dəfə BƏƏ-nin rəhbəri və Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə bu səhər Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. Prezident Əbu-Dabi və Dubaya gedəcək və Əbu-Dabinin Vəliəhdi, BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan, BƏƏ-nin vitse-prezidenti, Baş Naziri və Dubay Əmiri Məhəmməd bin Rəşid Əl Məktum ilə rəsmi görüşlər keçirəcək”, - bəyanatda deyilir.

"Mən özümlə bütün regiona sülh mesajı gətirirəm. Sülh özü ilə region xalqlarının rifahı naminə firavanlıq, tərəqqi gətirir", - deyə Hersoqun ofisi onun bəyanatını yayıb.

Digər xəbərlər