İsrail özünü jurnalist kimi qələmə verən HƏMAS üzvünü öldürüb

İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ın raket və silah istehsalı qərargahının əsas üzvü Məhəmməd Samir Məhəmməd əl-Şavahı öldürüb.

"Report" xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, o, HƏMAS-ın raket və silah istehsalı qərargahında mühüm rola malik idi və Qəzza zolağının mərkəzi hissəsində fəaliyyət göstərən İsrail qüvvələrinə qarşı hücumlar planlaşdırırdı.

İsrail tərəfinin məlumatına görə, əl-Şavah müharibə ərzində pilotsuz uçuş aparatları, raketlər və digər silahların hazırlanmasında, həmçinin onların Qəzza zolağına çatdırılmasında iştirak edib.

Qeyd olunub ki, o, özünü "Əl-Cəzirə" telekanalının jurnalisti kimi qələmə verərək bu statusdan İsrail dövləti və hərbçilərinə qarşı istifadə edib.

Orduda qeyd ediblər ki, hücumdan əvvəl mülki əhaliyə dəyən ziyanı minimuma endirmək üçün tədbirlər görülüb.

Digər xəbərlər