İsrail ordusu HƏMAS-ın 450-yə yaxın məntəqəsini vurub

İsrail Müdafiə Ordusu son sutkada havadan, sudan və qurudan HƏMAS-ın Qəzza zolağındakı 450-yə yaxın məntəqəsini vurub.

“Report” xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusu yayıb.

Bildirilib ki, Xan-Yunisdə 7-ci “Saar mi-Golan” zirehli tank briqadası iki saata yaxın fasiləsiz atəşə və hava zərbələrinə məruz qalan hədəfləri müəyyənləşdirib. BU hücum nəticəsində çoxlu HƏMAS-çının öldüdüyü barədə məlumatlar təsdiqlənib.

Məlumata görə, Müdafiə Ordusu Aralıq dənizi sahillərində qruplaşmanın infrastrukturuna, o cümlədən müşahidə məntəqələri və silah anbarlarına hücum edib.

İsrail Müdafiə Ordusu son sutkada havadan, sudan və qurudan HƏMAS-ın Qəzza zolağındakı 450-yə yaxın məntəqəsini vurub.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12